İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Artur Rəsizadə: Aprel döyüşləri Azərbaycan hərb tarixində zəfər səhifəsi kimi yazıldı

Artur Rəsizadə: Aprel döyüşləri Azərbaycan hərb tarixində zəfər səhifəsi kimi yazıldı

17.03.2017

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən Silahlı Qüvvələrə göstərilən gündəlik diqqət və qayğını xüsusilə qeyd etmək lazımdır.

Trend-in məlumatına görə, bunu Baş nazir Artur Rəsizadə bu gün Milli Məclisin iclasında çıxışı zaman deyib.

A.Rəsizadə bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin xaricdə və daxildə istehsal edilən müasir silahlarla təhciz edilməsi faktiki hədəflərə çatmaqla yanaşı, strateji vəzifələri də yerinə yetirməsini təmin edir:

“2016-cı ilin aprel döyüşləri Azərbaycan hərb tarixində zəfər səhifəsi kimi yazıldı. Təcavüskar Ermənistanın növbəti təxribatına verilən qəti və tutarlı cavab Milli Ordunun yüksək döyüş ruhunu göstərdi. Bu hərbi əməliyyatlar torpaqlarımızın işğaldan azad edilməsinin uzun müddətli danışıqlar yolundan başqa, hərb yolunun da mövcud olduğunu və Azərbaycan əsgərinin qələbə əzmini nümayiş etdirdi”.