İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan cəbhə xəttindəki vəziyyəti müzakirə ediblər

İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan cəbhə xəttindəki vəziyyəti müzakirə ediblər

03.08.2014

Avqustun 3-də Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Trend-in məlumatına görə, Türkiyənin Baş naziri son günlər cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin mövqelərimizə hücumlarının qarşısını alarkən Azərbaycan hərbi qulluqçularının həlak olması xəbərindən dərindən kədərləndiyini bildirib və bununla əlaqədar öz adından və Türkiyə xalqı adından Azərbaycan Respublikasının Prezidentinə, xalqımıza və şəhidlərin ailələrinə başsağlığı verib.

Dövlətimizin başçısı başsağlığına və göstərilən diqqətə görə öz adından və Azərbaycan xalqı adından Türkiyənin Baş nazirinə və Türkiyə xalqına minnətdarlığını bildirib.

Söhbət zamanı Prezident İlham Əliyev Baş nazir Rəcəb Tayyib Ərdoğanı son günlər təmas xəttindəki vəziyyətlə bağlı məlumatlandırıb.