İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Yaşar Aydəmirov: “Ermənistan üç gündə 3 hərbi qulluqçusunu itirib”

Yaşar Aydəmirov: “Ermənistan üç gündə 3 hərbi qulluqçusunu itirib”

28.03.2017

"Cəbhə xəttində sistematik olaraq, atəşkəs rejiminin pozulması nəticəsində düşmən tərəfinin verdiyi itkilərin sayı artsa da, ermənilər bu xəbərləri cidd-cəhdlə gizlətməkdə davam edirlər".

Bunu APA-ya ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov bildirib. O qeyd edib ki, son günlər sosial şəbəkələrdə erməni istifadəçilərin yazılarının monitorinqi bunu deməyə əsas verir: “Sosial şəbəkələr və digər mənbələrdən əldə etdiyim məlumatlara görə, martın 23-dən 25-dək, yəni cəmi üç gündə Qarabağda düşmən tərəfi 3 nəfər hərbi qulluqçusunu itirib. Onlardan birinin baş leytenant Georgi Adoyanın mina partlayışı nəticəsində ağır yaralanması məlumdur. Bundan başqa, ordumuz tərəfindən görülən cavab tədbirləri nəticəsində hələlik adları məlum olmayan bir erməni hərbçisi məhv edilib, digəri isə ağır yaralanıb.

Seçki ərəfəsində Ermənistan hakimiyyəti birmənalı olaraq, istənilən neqativ məlumatların cəmiyyətə sızmasının qarşısını almaqda israrlıdır. Xüsusilə bu məlumat cəbhədəki itkiləri ilə bağlı olanda daha çox canfəşanlıq göstərilir”.