İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Oqtay Əsədov: Danışıqlar prosesi sonsuza qədər davam edə bilməz

Oqtay Əsədov: Danışıqlar prosesi sonsuza qədər davam edə bilməz

29.03.2017

Trend:

Milli Məclisin spikeri Oqtay Əsədov Sankt-Peterburq şəhərinə səfəri çərçivəsində ATƏT Parlament Assambleyasının (PA) prezidenti Kristine Muttonen ilə görüşüb.

Trend-in məlumatına görə, O.Əsədov Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində danışıqların hazırki vəziyyəti və perspektivlərindən danışaraq təəssüflə vurğulayıb ki, ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar prosesinin davam etməsinə, Minsk qrupunun həmsədrlərinin daim dəyişməsinə baxmayaraq, münaqişə hələ də öz həllini tapmayıb.

Milli Məclisin spikeri qeyd edib ki, danışıqlar prosesi sonsuza qədər davam edə bilməz və bu məsələnin həllinin həvalə olunduğu Minsk qrupu daha qətiyyətli addımlar atmalıdır. Beynəlxalq təşkilatlarda Azərbaycanla bağlı müzakirələrdə ikili standartlara yol verildiyini, özlərini insan haqlarının müdafiəçisi sayan qurumların Azərbaycanda bir milyon qaçqın və məcburi köçkünün taleyinə laqeyd qaldıqlarını vurğulayan O.Əsədov deyib ki, işğalçı ölkə ilə əraziləri işğal edilmiş ölkə arasında bərabərlik işarəsinin qoyulması düzgün deyil.

ATƏT PA-nın prezidenti rəhbərlik etdiyi təşkilatın Azərbaycanla sıx əlaqələrindən məmnunluq ifadə edib, dünyada terrorizm dalğasının tüğyan etdiyi bir dövrdə bu əlaqələrin əhəmiyyətini vurğulayıb. K.Muttonen Minsk qrupu həmsədrlərinin görüşünün keçirilməsinin vacibliyini diqqətə çatdırıb.

Görüşdə Azərbaycala ATƏT-in Parlament Assambleyası arasında əməkdaşlığın daha da dərinləşdirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

ATƏT PA-nın yeni seçilmiş vitse-prezidenti, Milli Məclisin deputatı Azay Quliyev görüşdə iştirak edib.

Qeyd edək ki, Milli Məclisin nümayəndə heyəti MDB PA-nın yubiley tədbirlərində və qurumun növbəti iclasında iştirak etmək üçün Rusiyaın Sankt-Peterburq şəhərində səfərdə olub.