İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Səfirlik: İranın Azərbaycanın ərazi bütövlüyünü ilə bağlı siyasəti dəyişməzdir

Səfirlik: İranın Azərbaycanın ərazi bütövlüyünü ilə bağlı siyasəti dəyişməzdir

29.03.2017

“İran İslam Respublikasının Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi ilə bağlı dəyişməz siyasəti tamamilə aydındır və indiyədək bununla bağlı mövqeyimizi dəfələrlə bildirmişik”.

Bu barədə APA-ya İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən bildirilib. Səfirliyin mətbuat katibi Məhəmmədrza Nəcəfi iranlı musiqiçinin qondarma “Dağlıq Qarabağ Respublikası”nda verdiyi konsertlə münasibət bildirərkən deyib ki, Novruz bayramı günlərində İran İslam Respublikasından heç bir rəsmi musiqi qrupu Azərbaycan Respublikası ilə Ermənistan arasında münaqişəli sayılan ərazilərə səfər etməyib: “Üçüncü ölkə mətbuatı vasitəsilə yayılan qeyri-mötəbər və bəzən təhrif olunmuş xəbərlər İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələri korlamaq və ictimai rəyi mənfi yönlərə yönəltmək məqsədi daşıyır. Təəssüf ki, indiyədək dəfələrlə bunun şahidi olmuşuq. Biz bu qəbil cəhdləri şiddətlə qınayırıq”.