İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Novruz Məmmədov: Ermənilər böyük dövlətlərin 31 mart qırğınlarına göz yummasından istifadə edib Xocalı soyqırımını törətdilər

Novruz Məmmədov: Ermənilər böyük dövlətlərin 31 mart qırğınlarına göz yummasından istifadə edib Xocalı soyqırımını törətdilər

31.03.2017

"XX əsrin əvvəllərində, eləcə də 1918-ci ildə erməni cəlladları tərəfindən insanlığa qarşı törədilən qanlı soyqırım hadisələrini unutmamalıyıq".

Trend-in məlumatına görə, bunu Prezident Administrasiyası rəhbərinin müavini, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov "Tvitter" səhifəsində yazıb.

N.Məmmədov qeyd edib: "Təəssüf ki, o zaman böyük dövlətlər bu qırğınlara göz yumdu. Hadisəni törədənlər isə cəzasız qaldılar. Bundan istifadə edərək ermənilər əsrin sonlarında Xocalı soyqırımını törətdilər. Bu cür hadisələrin təkrarlanmaması üçün beynəlxalq ictimaiyyəti hərtərəfli məlumatlandırmalıyıq".

PA rəsmisi vurğulayıb ki, beynəlxalq birlik və böyük dövlətlər ədalətli mövqe tutmalıdır.