İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Fransa senatoru Qarabağ haqda məqalə yazdı

Fransa senatoru Qarabağ haqda məqalə yazdı

01.04.2017

Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransa nümayəndəliyinə daxil olan məlumata görə, Fransa Senatının üzvü, Fransa-Qafqaz Dostluq Qrupunun sədri Andre Rişar növbəti Fransa prezidentinin xarici siyasət sahəsində prioritetləri ilə bağlı fikirlərini paylaşıb. 

Cəmiyyətin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, senatorun imzası ilə dərc olunan məqalə Fransanın 15 min tirajla buraxılan “La Revue du Trombinoscope” adlı siyasi jurnalında yer alıb. Jurnalın mart nömrəsi Franza prezidentliyinə namizədlərə, rəsmi Parisin gələcək xarici siyasətinə dair tövsiyyələrin verilməsinə həsr olunub.

Andre Rişar öz məqaləsində qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli növbəti Fransa prezidenti üçün prioritet olmalıdır. O, vurğulayıb ki, Fransa və Azərbaycan arasında 25 il davam edən diplomatik əməkdaşlıq nəticəsində müxtəlif sahələrdə, xüsusilə, kollektiv təhlükəsizlik, enerji və iqtisadi əməkdaşlıq məsələləri daim yüksələn xətt üzrə inkişaf edib. 


Bununla yanaşı, senator qeyd edib ki, bu cür yaxşı münasibətlərin olmasına və Fransanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlarda vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi statusunu daşımasına baxmayaraq müəyyən güclü lobbilərin təsiri ucbatından Azərbaycan öz mövqeyini Fransa ictimaiyyətinə çatdırmaqda böyük çətinliklərlə üzləşir.  

Bunu nəzərə alaraq, o, növbəti Fransa prezidentini bu sahədə “nümunəvi obyektivlik” nümayiş etdirməyə çağırır. Vurğulayır ki, bu münaqişə mümkün qədər tez bir zamanda sülh yolu ilə həll olunmalıdır. Ona görə ki, münaqişə ocağı, Avropa İttifaqının qonşuluğunda yerləşən “regionun siyasi və iqtisadi sabitliyinə” təsir göstərir.