İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Əli Həsənov: Ordumuz istənilən an düşmənə sarsıdıcı zərbə vurmağa hazırdır

Əli Həsənov: Ordumuz istənilən an düşmənə sarsıdıcı zərbə vurmağa hazırdır

04.04.2017

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Füzuli rayonunun Bala Bəhmənli kəndində Azərbaycan Ordusunun zabiti, aprel döyüşləri zamanı şəhid olmuş Elnur Əliyevin il mərasimində iştirak edib.

Trend-in məlumatına görə, rayon rəhbərliyinin, hərbçilərin və ictimaiyyət nümayəndələrinin də iştirak etdikləri mərasimdə Ə.Həsənov Azərbaycan Ordusunun ötən ilin aprel döyüşlərində qazandığı qələbədən, bu qələbənin Ermənistanı təşvişə salmasından danışıb.

Ə.Həsənov bildirib ki, Azərbaycan əsgərinin ötən ilin aprelində əldə etdiyi qələbə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu gün ordumuzun dünyanın ən güclü ordularından biri olduğunu sübut etdi:

“Ordumuz istənilən an düşmənə sarsıdıcı zərbə vurmağa hazırdır. Ötən ilin aprel zəfəri Azərbaycan Ordusunun tarixi qələbəsidir. Bu qələbə ordu ilə xalqın birliyini əyani şəkildə sübut etdi. Xalqımız torpaqlarımızın bütövlüyü naminə canından keçən Vətən övladlarının xatirəsini daim dərin hörmətlə anır. Aprel şəhidləri hərb tariximizə yeni şanlı səhifələr yazdı. Məhz bu qələbə nəticəsində bu gün Cəbrayılın Cocuq Mərcanlı kəndində geniş tikinti-quruculuq işləri aparılır”.

Həmçinin, Biləsuvarda 2 saylı qəsəbədə məskunlaşmış Cəbrayıl rayon sakini, məcburi köçkün, müddətdən artıq hərbi qulluqçu, aprel şəhidi Ruhin Qəhrəmanovun məzarı ziyarət olunub.