İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Azərbaycan XİN rəhbəri: “Ermənistana beynəlxalq təzyiq göstərilməlidir”

Azərbaycan XİN rəhbəri: “Ermənistana beynəlxalq təzyiq göstərilməlidir”

11.04.2017

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Polşaya rəsmi səfəri çərçivəsində Polşa seyminin sədri Marek Kuçinski ilə görüşüb.

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, M. Kuçinski Azərbaycanla əlaqələrə xüsusi əhəmiyyət verdiyini bildirib və bu xüsusda parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyinə toxunub.

Görüşdə qeyd olunub ki, Azərbaycan prezidenti İlham Əliyev ümumilikdə 7 dəfə Polşaya səfər edib və Polşa prezidentlərinin hamısı Bakıda olub.

M. Kuçinski Polşanın Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafını, Avropa İttifaqı arasında strateji tərəfdaşlığa dair sazişinin imzalanmasını dəstəklədiklərini qeyd edib.

Nazir E. Məmmədyarov isə Azərbaycan və Polşanın beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Nazir M. Kuçinskiyə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi haqqında məlumat verib və münaqişənin həllinə dair BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin tələblərindən söz açıb. O, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması üçün Ermənistana beynəlxalq təzyiq göstərilməsinin vacibliyini vurğulayıb.