İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Amerikalı həmsədr: “Sülh razılaşmasına aparacaq danışıqlara başlamağın vaxtı çatıb”

Amerikalı həmsədr: “Sülh razılaşmasına aparacaq danışıqlara başlamağın vaxtı çatıb”

04.08.2014

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik həlak olan hərbçilərin ailələrinə başsağlığı verib və münaqişənin hərbi yolla həllinin mümkün olmadığını bəyan edib. C. Uorlik APA-nın sualına cavabında son günlər cəbhə xəttində baş verənlərdən narahatlığını bildirib: “İlk növbədə ötən günlər baş vermiş zorakılıqlar zamanı həlak olanların ailələrinə başsağlığı vermək istərdim. Mən təmas xəttində çoxlu sayda ölümlərin baş verməsi barədə xəbərlərdən çox narahatam. Bu insidentlər münaqişənin sülh yolu ilə həlli səylərinə zərbədir. Mən tərəfləri atəşkəsə əməl etməyə çağırıram”.     

C. Uorlik qeyd edib ki, həmsədrlər problemin sülh yolu ilə həllinə nail olmaq üçün tərəflərlə fəal iş aparır: “Minsk Qrupu tərəflər arasında vasitəçilik üçün yeganə format olaraq qalır. Biz münaqişənin uzunmüddətli həlli üçün bölgəyə müntəzəm səfərlərimizi və yüksək səviyyəli təmaslarımızı davam etdirəcəyik. Ümid edirəm ki, Ermənistan və Azərbaycan prezidentləri yaxın gələcəkdə görüşüb, vacib məsələləri müzakirə etməyə razılıq verəcəklər. Sülh razılaşmasına aparacaq danışıqlara başlamağın vaxtı çatıb. Əgər tərəflər doğrudan da münaqişənin həlli istəyindədirlərsə, onlar həmsədrlərlə strukturlaşmış danışıqlar prosesinə daxil olmaq barədə İsveçrənin təklifini qəbul etməlidir”.