İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi: İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi: İran  Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

17.04.2017

Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani ilə görüşüb.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, tərəflər terrorizm və güc tətbiqinin bölgə, ümumiyyətlə, bütün dünya üçün böyük təhlükə yaratdığını bildirərək bu çağırışlara qarşı mübarizədə iki ölkənin səylərinin daha da artırılmasının vacibliyini vurğulayıblar.

Ə.Şəmxani ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və sərhədlərin güc yolu ilə dəyişdirilməsinin əleyhinə olduğunu bildirib. Eyni  zamanda regiondakı problemlərin danışıqlar vasitəsilə həll edilərək sülhün, sabitliyin və təhlükəsizliyin bərqərar olmasının tərəfdarı olduğunu xüsusi qeyd edib.