İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Hurriyet: Aprel döyüşləri ön cəbhədə Azərbaycanın mövqeyini yaxşılaşdırdı

Hurriyet: Aprel döyüşləri ön cəbhədə Azərbaycanın mövqeyini yaxşılaşdırdı

18.04.2017

2016-cı ilin aprelində Dağlıq Qarabağda Ermənistan-Azərbaycan qoşunlarının qarşıdurma xəttində qeydə alınan eskalasiya ön cəbhədə Azərbaycanın mövqeyinin yaxşılaşmasına gətirib çıxardı.

Trend-in məlumatına görə bu, Böyük Britaniya beynəlxalq münasibətlər Kral İnstitutunun elmi işçisi Zaur Şiriyevin Türkiyənin “Hurriyet Daily News” qəzetində dərc olunan məqaləsində yer alıb.

Müəllif qeyd edir ki, psixoloji üstünlük baxımından Bakı erməni qoşunlarının istənilən zərbənin qarşısını ala bilməsi barədə mifləri aradan götürdü.

Aprel toqquşmalarından sonra ilk gözlənilən o idi ki, Qərb və Moskva tərəfləri danışıqlar masasına gətirmək üçün əməkdaşlıq edəcəklər. Amma 2016-cı ilin mayında Vyana görüşündən sonra qərb dövlətləri kənara çəkildi və qalan boşluğu Rusiyanın doldurmasına imkan yaratdı.

Məqalədə qeyd olunur ki, ATƏT Minsk qrupunun digər həmsədrlərinin danışıqları aktivləşdirmək niyyətlərinin olmadığı görünür. Həmsədrlərin niyyəti böyük ehtimalla status-kvonun saxlanmasına yönəlib. Bununla da münaqişənin həlli ilə bağlı bütün təşəbbüslər Moskvanın öhdəsinə buraxılıb.

Amma buna baxmayaraq, Ermənistandakı daxili siyasi hadisələr, eləcə də Moskva ilə ittifaqa ictimai etirazlar bu perspektivləri azaldıb.