İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Nazir: İşğal olunmuş ərazilərdə qazıntı-bərpa işlərində iştirak edən xarici şirkət "qara siyahı"ya salınacaq

Nazir: İşğal olunmuş ərazilərdə qazıntı-bərpa işlərində iştirak edən xarici şirkət

18.04.2017

Azərbaycanın işğal olunmuş ərazilərindəki tarixi abidələrimizdə hər hansı qazıntı, bərpa işlərinin aparılmasında iştirak edən xarici şirkət "qara siyahı"ya daxil ediləcək.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir qeyd edib: "Bu yaxınlarda bizi olduqca narahat edən faktlar aşkarlanıb. Dağlıq Qarabağın işğal olunduğu ərazilərdə bizim tarixi abidələri guya yenidən təhlil etmək üçün onların bəziləri üzərində qazıntılar aparılır, yalandan tarix uydurmaq məqsədilə işlər aparılır. Əfsus ki, bəzən digər ölkələrin alimləri də bu işə cəlb olunurlar. Buna görə Azərbaycanın mövqeyi prinsipialdır. Əgər hansı bir xarici şirkət orada qanunsuz aparılan qazıntılarda, bərpa işlərində iştirak edəcəksə, o, Azərbaycanda "qara siyahı"ya daxil ediləcək və ölkəmizlə əməkdaşlığı tamamilə dayandırılacaq".

Ə.Qarayev bu məsələ ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin də öz narahatçılığını bildirdiyini söyləyib: "Biz, nazirlik olaraq YUNESKO, İSESKO səviyyəsində narahatlığımızı bildirmişik".