İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Fransa prezidenti: "Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur"

Fransa prezidenti:

25.04.2017

"Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur".

APA-nın “1in.am” saytına istinadən verdiyi məlumata görə, bu barədə Fransa prezidenti Fransua Olland uydurma "erməni soyqırımı"nın 102-ci ildönümünə həsr olunmuş anım mərasimində çıxışı zamanı deyib. “Bu münaqişə hər il gənc insanların həyatına son qoyur. Son zamanlar münaqişə daha da kəskinləşib, tez-tez hücumlar baş verir. Düzdür, tərəflər 23 ildən çox müddətdir ki, danışıqlar aparır, lakin biz gərək məsələnin həllini tapaq, çünki status-kvo qəbuledilməzdir. Bu münaqişənin hərbi həlli yoxdur”, - deyə səlahiyyət müddəti başa çatmaqda olan prezident söyləyib.

Ölkəsinin danışıqlar prosesində cəlb olunduğunu xatırladan F. Ollandın sözlərinə görə, Minsk qrupunun həmsədr ölkəsi kimi Fransa məsələnin həllinin tapılmasına can atır.