İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Azərbaycan XİN: Təmas xəttindəki gərginliyə görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür

Azərbaycan XİN: Təmas xəttindəki gərginliyə görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür

28.04.2017

Trend:

İlk növbədə sual vermək lazımdır ki, Ermənistan əsgərlərinin Azərbaycanın suveren ərazilərində nə işi var?

Bu barədə Trend-in sorğusuna cavab olaraq XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan XİN-nin mətbuat xidmətinin rəhbərinin dediklərini şərh edərkən bildirib.

H.Hacıyev qeyd edib ki, qoşunların təmas xəttində gərginliyin baş verməsi və itkilərin olması bir daha göstərir ki, vəziyyət nə dərəcədə kövrəkdir.

H.Hacıyev bildirib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu gərginliyin yaranmasının və atəşkəsin pozulmasının əsas səbəbidir: "Ermənistan rəhbərliyi BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələrblərinə uyğun olaraq Azərbaycanın işğal olunmuş ərazilərindən öz işğalçı qoşunlarını çıxarmaqdan imtina edir. Ona görə də mövcud vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür".