İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Cibuti parlamentinin sədri: “Xocalı soyqırımını tanımaqla qürur duyuruq”

Cibuti parlamentinin sədri: “Xocalı soyqırımını tanımaqla qürur duyuruq”

03.05.2017

Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Cibuti Respublikası Milli Assambleyasının sədri Mohamed Əli Humədin başçılıq etdiyi parlament nümayəndə heyəti ilə görüşüb.

MM-dən APA-ya verilən məlumata görə, O. Əsədov bildirib ki, ilk dəfədir Cibuti parlamentinin sədri Azərbaycana səfər edir və bu səfərin parlamentlərarası münasibətlərin inkişafına töhfə verəcəyinə əmindir. O, iki ölkə arasında münasibətlərin inkişafında dövlət başçılarının xüsusi rolunu qeyd edərək bildirib ki, məhz iki ölkə başçılarının görüşündən sonra ikitərəfli əlaqələrin inkişafı üçün münbit şərait yaranıb: “Hazırda iqtisadi, humanitar və digər sahələrdə münasibətlərimizi inkişaf etdirmək üçün işlər aparılır. Bunun üçün hər iki ölkənin yüksək vəzifəli şəxslərinin mütəmadi səfərləri həyata keçirilir. Hər iki ölkənin parlamentində qarşılıqlı dostluq qrupları yaradılıb”.

Milli Məclisin sədri beynəlxalq təşkilatlarda Azərbaycanı dəstəklədiyinə və Cibuti parlamentinin Xocalı soyqırımının tanınmasına dair qəbul etdiyi qətnaməyə görə qonaqlara təşəkkürünü bildirib, onlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib.

Mohamed Əli Huməd bildirib ki, bir müsəlman ölkəsi olaraq Cibuti Respublikası həmişə Azərbaycanın yanındadır və Dağlıq Qarabağ münaqişəsinin tezliklə ədalətli həllini arzulayır. O diqqətə çatdırıb ki, Xocalı soyqırımı  barədə qətnamə Cibuti Respublikası Milli Assambleyası tərəfindən tərəddüdsüz qəbul edilib: “Bundan qürur duyuruq”.

Söhbət zamanı tərəfləri maraqlandıran digər mövzularda da fikir mübadiləsi aparılıb. Görüşdə Milli Məclis sədrinin birinci müavini Ziyafət ƏsgərovMilli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, hər iki ölkə parlamentində qarşılıqlı dostluq qruplarının rəhbərləri Vüsal Hüseynov, xanım Safiya Elmi Cibril, deputat Ülviyyə Ağayeva, hər iki ölkənin akkreditə olunmuş səfirləri Elman Abdullayev, Əli Mohamed Kamil və digər rəsmi şəxslər iştirak ediblər.