İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Səfir: “Dağlıq Qarabağ problemi Azərbaycanın daxili işidir”

Səfir: “Dağlıq Qarabağ problemi Azərbaycanın daxili işidir”

03.05.2017

”Dağlıq Qarabağ məsələsi Azərbaycanın daxili problemidir”.

APA-nın xəbərinə görə, bunu Qubada səfərdə olan İndoneziyanın Azərbaycandakı səfiri Husnan Bəy Fanani deyib. O bildirib ki, Azərbaycan öz torpaqlarını nəyin bahasına olur-olsun, işğaldan azad etməlidir: “Biz həmişə sülh yolunu dəstəkləmişik. Beynəlxalq təşkilatlarda Qarabağ mövzusunda Azərbaycana dəstək vermişik və verəcəyik”.
 
İki ölkə arasında iqtisadi əməkdaşlığın perspektivlərinə toxunan səfir, əməkdaşlığın dərinləşdirilməsi üçün böyük potensialın olduğunu söyləyib. O, İndoneziya iş adamlarının Azərbaycana investisiya yatırmaları vaxtaşırı məlumatlandırıldığını vurğulayıb.