İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Dövlət Dumasının deputatı: Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün bütün səyləri göstərir

Dövlət Dumasının deputatı: Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün bütün səyləri göstərir

05.05.2017

Rusiya Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin həll edilməsi üçün əlindən gələni edir. Bunu Trend-ə Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitriy Solovyov deyib.

O qeyd edib ki, Rusiya ilk vaxtdan özünü danışıqlarda vasitəçi kimi təklif edib və keçən müddət ərzində öz mövqeyindən kənara çəkilməyib.

Deputat deyib: "Bizim vasitəçiliyimiz ilə danışıqlar gedir, məsləhətləşmələr aparılır. Çox böyük iş görülüb. Mən əminəm ki, münaqişə beynəlxalq hüquq və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllini tapacaq".

Rusiyalı deputatın sözlərinə görə, münaqişənin nizamlanması üzrə danışıqlar prosesi ATƏT-in Minsk qrupu çərçivəsində davam etdirilməlidir.

O deyib: "Minsk qrupu fəal işləyir, müzakirələr gedir. Bütün ölkələr, ilk növbədə Rusiya danışıqlar üçün əlverişli şərait yaradırlar. Əminəm ki, bütün bunlar öz bəhrəsini verəcək və münaqişə həll olunacaq".