İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Azərbaycan XİN: Ermənistan qüvvələrinin Azərbaycan torpaqlarından çıxarılması üçün qrafik tərtib olunmalıdır

Azərbaycan XİN: Ermənistan qüvvələrinin Azərbaycan torpaqlarından çıxarılması üçün qrafik tərtib olunmalıdır

07.05.2017

“İstənilən münaqişənin həlli tərəflərin mövqelərinin hansısa ümumi bazada üst-üstə düşməsi ilə başlayır. Bizim üçün bu bazanı yaratmağa ehtiyac yoxdur. O, mövcuddur və beynəlxalq hüququn norma və prinsiplərindən, BMT Təhlükəsizlik Şurasının qətnamələrindən ibarətdir”.

APA-nın xəbərinə görə, bu sözləri Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov deyib.   

A. Əzimov bildirib ki, BMT TŞ qətnamələri prinsipial tələbləri özündə əks etdirir: “Buraya işğal olunmuş torpaqların boşaldılması və əhalinin qaytarılması üçün şərait yaradılması daxildir. Əgər bu baza digər tərəfdən də qəbul edilsə, irəli hərəkət etmək olar. Bu kimi planlar 1992-1993-cü illərdə də qəbul edilmişdi, lakin Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarını işğal edərkən pozuldu. Bu praktika aradan götürülməyincə, mən düşünmürəm ki, irəli gedə bilərik. Biz tez-tez ATƏT-in Minsk qrupu həmsədrlərindən eşidirik ki, onlar tərəflərlə nizamlanma məsələlərini müzakirə ediblər. Bəzən onlar işarə edirlər ki, prinsiplərdə razılığa gəlmək lazımdır. Lakin yenə də deyirəm: prinsiplər və yanaşmalar mövcuddur. Silahlı qüvvələrin Azərbaycan torpaqlarından çıxarılması üçün razılaşdırılmış fəaliyyət qrafikinin tərtibi lazımdır. Bütün bunlar təhlükəsizliyin təminatı ilə baş verməlidir. Fəaliyyət qrafikinin üzərində işləmək olar. Mən bunda problem görmürəm. Problem başqadır. Problem fikir ayrılıqlarında və konkret olaraq Ermənistan tərəfinin və onun Azərbaycanın işğal olunmuş torpaqlarına nəzarəti davam etdirməsinə dəstək verən ölkələrin konkret maraqlarındadır”.