İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Lord Kilkluney: “Dağlıq Qarabağda hərbi əməliyyatlar bərpa oluna bilər, bu isə həm də Qərbin maraqları üçün ağlasığmaz nəticələr verəcək”

Lord Kilkluney: “Dağlıq Qarabağda hərbi əməliyyatlar bərpa oluna bilər, bu isə həm də Qərbin maraqları üçün ağlasığmaz nəticələr verəcək”

04.08.2014

Böyük Britaniya Lordlar Palatasının və Böyük Britaniyanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin üzvü, bir necə dəfə Azərbaycana səfər etmiş Kilkluney (Kilclooney) ölkəsini Azərbaycana dəstəyini artırmağa çağırıb.

Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən məlumata görə, o bildirib ki, Böyük Britaniya Azərbaycana daha çox yardım göstərməlidir: “Biz bir daha şahidi olduq ki, Minsk Qrupu Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının aradan qaldırılmasında effektiv vasitə deyil.

Danılmazdır ki, 20 illik durğunluq gərginliyin artmasına səbəb olub. İllər boyu səmərəsiz fəaliyyət 1994-cü ildə elan olunmuş atəşkəsdən bəri ən qanlı hadisəyə gətirib çıxarıb. Son döyüşlərdə 10-dan çox Azərbaycan əsgəri qətlə yetirilib, Dağlıq Qarabağda valideynlərinin məzarlarını ziyarət edən 2 mülki şəxs ermənilər tərəfindən əsir götürülüb. Hazırda hərbi əməliyyatlar tam bərpa oluna bilər, lakin bu, nəinki region, həm də Qərbin maraqları üçün ağlasığmaz nəticələr verəcək. Böyük Britaniya münaqişənin həlli və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin geri qaytarılması üçün səylərini artırmalıdır”.