İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Səfir: "Belarus Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinin tərəfdarıdır"

Səfir:

09.05.2017

“Belarus Dağlıq Qarabağ münaqişəsinin dinc yolla, hər iki xalqın rifahı naminə həllinin tərəfdarıdır”.  

Bunu Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç deyib.

“İstərdik ki, qanayan yara sayılan Dağlıq Qarabağ münaqişəsi həllini tapsın, bir daha qan tökülməsin, kimsə ölməsin. Qələbə günü münasibətilə keçirilən tədbirlərdə İkinci Dünya Müharibəsi veteranları ilə yanaşı, Qarabağ müharibəsi iştirakçıları da iştirak edirdi. Arzumuz budur ki, münaqişə dinc yolla həll olunsun” - deyə, səfir əlavə edib.