İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Azərbaycan xarici işlər naziri: "Diplomatiyada “danışıqlar naminə danışıqlar” mövcud deyil"

Azərbaycan xarici işlər naziri:

15.05.2017

Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan həmsədrlərin regiona səfərindən sonra nazirlər səviyyəsində görüşün mümkün olduğunu bildirib.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov APA-ya açıqlamasında bunun prinsip etibarilə mümkün olduğunu qeyd edib: “Üç ölkənin xarici işlər nazirlərinin sonuncu Moskva görüşündən sonra məndə belə təəssürat yarandı ki, qoşunların çıxarılması müqabilində sülh və ya ərazi müqabilində sülh mümkündür. Son on iki il ərzində danışıqlar prosesinin məntiqini bu təşkil edir. Amma diplomatiyada “danışıqlar naminə danışıqlar” mövcud deyil. Hər kəsə aydındır ki, Ermənistan öz qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxarmalıdır”.