İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Müdafiə Nazirliyi: Müdafiə naziri Zakir Həsənov döyüş bölgəsindəki hərbi hissələrə, müdafiənin ön xəttindəki bölmələrə baş çəkib

Müdafiə Nazirliyi: Müdafiə naziri Zakir Həsənov döyüş bölgəsindəki hərbi hissələrə, müdafiənin ön xəttindəki bölmələrə baş çəkib

04.08.2014

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, son günlər cəbhədəki gərginliklə əlaqədar vəziyyəti yerində qiymətləndirmək üçün müdafiə naziri, general-polkovnik Zakir Həsənov cəbhə bölgəsinə gedib.

Döyüş bölgəsində yerləşən hərbi hissələrə, müdafiənin ön xəttindəki bölmələrə baş çəkən müdafiə naziri mövcud vəziyyətlə tanış olunub, döyüş növbətçiliyi aparan şəxsi heyətlə görüşüb.

Müdafiə naziri düşmənin kəşfiyyat-təxribat qruplarının müxtəlif istiqamətlərdə mövqelərimizə basqın etmək cəhdlərinin qarşısını almış, fərdi fədakarlıq və şücaət nümunələri göstərmiş hərbi qulluqçulara medal və qiymətli hədiyyə təqdim edib.

Müdafiə naziri düşmən təxribatlarının qarşısının alınması məqsədilə sayıqlığın daha da artırılması, onun bütün hərəkətlərinin nəzarət altında saxlanılması və zərurət yarandıqda düşmənə layiqli cavab verməyə daim hazır olmaları barədə şəxsi heyətə tapşırıqlar verib.