İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Azərbaycan MN: Ermənistan ordusunda döyüş və qeyri-döyüş itkilərinin sayı rəsmi rəqəmlərdən daha çoxdur

Azərbaycan MN: Ermənistan ordusunda döyüş və qeyri-döyüş itkilərinin sayı rəsmi rəqəmlərdən daha çoxdur

18.05.2017

"Daxili ictimai-siyasi vəziyyətin gərginləşməsi və cəmiyyətin son zamanlar onsuz da nüfuzdan düşmüş orduya qarşı nifrətinin artacağından ehtiyat edən Ermənistanın hərbi-siyasi rəhbərliyi orduda baş verən ölüm hallarının sayını təhrif etməklə əvvəlki illərdə olduğu kimi, həqiqəti ölkə ictimaiyyətindən gizlətməyə davam edir".

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Bu il ərzində Ermənistan silahlı qüvvələrində 26 ölüm halının qeydə alındığı barədə Ermənistan mətbuatında yayılan məlumatlara münasibət bildirən nazirlikdən qeyd ediblər ki, aparılan araşdırmalara əsasən 2017-ci ilin yanvar ayından hazırkı dövrə qədər Ermənistan ordusunda döyüş və qeyri-döyüş itkilərinin sayı rəsmi şəkildə göstərildiyi kimi 26 deyil, 50 nəfərə yaxındır: "Bunu sübut etmək üçün ordudakı itkilərlə bağlı cari il ərzində Ermənistan KİV-lərinin dərc etdiyi materialları izləmək kifayət edər. Hələ bu da Ermənistan ordusundakı itkilər barədə tam həqiqəti əks etdirmir. Nəzərə alsaq ki, işğal olunmuş ərazilərimizdə yaşayan ermənilərdən olan çağırışçılar və buraya dünyanın müxtəlif qaynar nöqtələrindən cəlb edilən erməni əsilli muzdluların qeydiyyatı aparılmır, bu rəqəm xeyli dərəcədə artıqdır".