İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

XİN: Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi atəşkəsin pozulmasının əsas səbəbidir

XİN: Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi atəşkəsin pozulmasının əsas səbəbidir

21.05.2017

ATƏT Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağda qeyri-sabit status-kvonun dəyişdirilməsi ilə bağlı substantiv danışıqların davam etdirilməsinə çağırmalıdır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hikmət Hacıyev "Twitter" səhifəsində Azrəbaycan-Ermənistan təmas xəttindəki son hadisələrlə bağlı ATƏT Minsk qrupunun həmsədrlərinin bəyanatına şərhində yazıb.

XİN rəsmisinin şərhində deyilir: "Həmsədrlərin standart bəyanatına Ermənistan tərəfinin uşaq kimi sevinməyi başa düşəln deyil. Hamıya yaxşı məlumdur ki, Azərbaycan heç vaxt öz ərazilərinin işğalı ilə barışmayacaq. Atəşkəs həll deyil və ola da bilməz. Davamlı sülh üçün Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş torpaqlarından öz qoşunlarını çıxarmalıdır. ATƏT Minsk qrupu Dağlıq Qarabağda qeyri-sabit status-kvonun dəyişdirilməsi ilə bağlı substantiv danışıqların davam etdirilməsinə çağırmalıdır".

H.Hacıyev qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarında qeyri-leqal mövcudluğu atəşkəsin pozulmasının və gərginliyin əsas səbəbidir.