İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Zakir Həsənov Gürcüstanda Qarabağ şəhidlərinin ailələri ilə görüşüb

Zakir Həsənov Gürcüstanda Qarabağ şəhidlərinin ailələri ilə görüşüb

21.05.2017

Bu gün Gürcüstanda səfərdə olan müdafiə naziri Zakir Həsənov şəhid ailələri ilə görüşüb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, nazir görüşdə  əslən Gürcüstanın Bolnisi rayonunun Zol-Güvəc kəndindən olan və 2015-ci ilin sentyabrın 29-da Tərtər rayonu istiqamətində düşmən təxribatının qarşısını alarkən şəhid olan Elşən Məmmədovun “Şücaətə görə” medalı ilə təltif olunduğunu bildirib.

Z. Həsənov medalı şəhid atası Vaqif Məmmədova təqdim edib. Təqdimat mərasimində çıxış edən nazir Azərbaycan dövlətinin işğal altında olan torpaqların azad olunmasında Vətən oğulları sırasında Gürcüstanda yaşayan soydaşlarımızın da iştirak etdiyini bildirib. Müdafiə naziri Azərbaycan dövlətinin torpaq uğrunda şəhid olan soydaşlarımızın şəhid ailələrinə həmişə qayğı və diqqət göstərəcəyini bildirib. Şəhid atası Vaqif Məmmədov müdafiə naziri Zakir Həsənova təltif üçün təşəkkür edib və “Vətən sağ olsun!” deyib.

Sonra Z. Həsənov aprel döyüşlərində qəhrəmancasına həlak olan, əslən Dumanisinin Yaqublu kəndindən olan “Azərbaycan Bayrağı” ordenli, mayor Təbriz Musazadənin əmisi Vaqif Musazadəyə müdafiə nazirliyinin xatirə hədiyyəsini təqdim edib.

Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, müdafiə nazirliyinin rəsmiləri və səfirlik əməkdaşları, həmçinin Gürcüstan Ağsaqqallar şurasının üzvləri və ziyalılar iştirak ediblər.