İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Polşanın “Ambasador” jurnalında Xocalı soyqırımı haqqında məqalə dərc edilib

Polşanın “Ambasador” jurnalında Xocalı soyqırımı haqqında məqalə dərc edilib

24.05.2017

Polşada nəşr edilən “Ambasador” jurnalının 30-cu sayında “Xocalı soyqırımının 25-ci ildönümü” başlıqlı məqalə dərc olunub.

Azərbaycanın Polşadakı səfirliyindən APA-ya bildirilib ki, jurnal 2000 nüsxə ilə nəşr edilərək, Polşanın bütün nazirlik və dövlət qurumları, ölkədə akkreditə edilmiş diplomatik nümayəndəliklər arasında yayılır, eyni zamanda müxtəlif kitab mağazalarında satılır.

Məqalədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərinin işğalı, dinc əhaliyə qarşı törədilən soyqırımı barədə məlumat verilir. Azərbaycanlılara qarşı törədilmiş soyqırımı nəticəsində 613 nəfərin həlak olduğu, 1275 nəfərin əsir götürüldüyü qeyd edilir. Daha sonra dünyanın aparıcı kütləvi informasiya vasitələrində “The Sunday Times”, “Newsweek”, “The New York Times”, “Time”, “The Washington Times” bu soyqırımı barədə məlumat verildiyi, habelə mayor Leonid Kravetsin şahidliyinə istinad edilir.

Sonda oxucular belə ədalətsizliyin gələcəkdə baş verməsinin qarşısının almaq üçün www.justiceforkhojaly.orginternet səhifəsinə daxil olaraq “Xocalıya ədalət” kampaniyasına qoşulmağa dəvət edilirlər.