İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

"Richmond Times-Dispatch": ABŞ Ermənistana təzyiq göstərməlidir

24.05.2017

İŞİD terrorçuluğu Yaxın Şərqi əhatə etdiyi bir vaxtda Ermənistanın ABŞ-ın müttəfiqi Azərbaycana qarşı təcavüzü dünya ictimaiyyəti tərəfindən diqqətə alınmır.

Trend-in məlumatına görə, bu barədə ABŞ-ın “Richmond Times-Dispatch” qəzetində dərc olunan məqalədə bildirilir.

Məqalədə mayın 18-i Laçın rayonunun işğal olunmasının 25 ilinin tamam olması vurğulanıb.

Qeyd olunub ki, Laçının işğalından sonra Ermənistan Azərbaycanın daha bir neçə rayonunu işğal edib və nəticədə 750 mindən çox azərbaycanlı yaşayış yerlərindən məcbur köçürülüb.

1994-cü ilin may ayında atəşkəs sazişindən sonra ermənilər qanunsuz köçürmə proqramını işə salıb. Məqalədə qeyd olunur ki, demoqrafik vəziyyətin dəyişdirilməsi üçün Ermənistandan və xaricdən Laçın rayonuna ermənilər köçürülüb.

Müəllif vurğulayır ki, ədalət naminə ABŞ Ermənistana təzyiq göstərməlidir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri icra olunsun, Azərbaycanda qanunsuz yerləşən Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılsın və Ermənistanın Azərbaycana qarşı təcavüzü mühakimə olunsun.