İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Səfir: "Argentina Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə töhfə verməyə hazırdır"

Səfir:

26.05.2017

"Rəsmi Buenos-Ayres Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə töhfə verməyə hazırdır".

Bunu APA-ya Argentinanın Azərbaycandakı səfiri Karlos Dante Riva deyib. O bildirib ki, münaqişə ciddi narahatlıq yaradır: “Biz bütün münaqişələrin sülh yolu ilə həllinə tərəfdarıq. Münaqişənin sülh yolu ilə həlli bütün region üçün yararlıdır və regionun inkişafı üçün yeni imkanlar yaradacaq. Dəfələrlə bəyan etmişik ki,  Azərbaycanın ərazi bütövlüyünü  dəstəkləyirik. Bu ölkənin müstəqilliyini beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində tanımışıq”.