İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Səfir: Ermənistanın Azərbaycan və Türkiyəyə qarşı hərəkətlərinin təməlində işğalçılıq dayanır

Səfir: Ermənistanın Azərbaycan və Türkiyəyə qarşı hərəkətlərinin təməlində işğalçılıq dayanır

30.05.2017

Ermənistanın Türkiyə və Azərbaycanda törətdiyi qətliamlar eyni məqsəd daşıyır.

Trend-in məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Türkiyə Prezidentinin müşaviri Professor Dr. Seyit Sertçeliyin, ermənilərin 1915-ci il hadisələri ilə bağlı yalanlarını ifşa edən “Rus və Erməni Mənbələri İşığında Erməni Problemi və Meydana Çıxma Prosesi 1678-1914” adlı ikicildlik əsərinin Bakıda təşkil olunan təqdimatı zamanı deyib.

O, qeyd edib ki, ermənilərin Azərbaycan və Türkiyəyə qarşı hərəkətlərinin təməlində işğalçılıq dayanır.
"Bizim bir millət və iki dövlət olmağımızı ermənilər bizdən yaxşı bilir. Bu səbəbdən biz daim bir-birimizə dəstək olmalıyıq".