İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Ziyafət Əsgərov: "Metsamor AES region və Avropa üçün çox böyük təhlükədir"

Ziyafət Əsgərov:

01.06.2017

"Sosial məsələlərin müzakirəsi, həlli Azərbaycanın daxili siyasətində prioritet məsələlərindən olub".

APA-nın məlumatına görə, bu sözləri Milli Məclis sədrinin birinci müavini Ziyafət ƏsgərovAvropa Şurası Parlament Assambleyasının (AŞPA) Bakıda keçirilən Sosial məsələlər, sağlamlıq və dayanıqlı inkişaf komitəsinin iclasında çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan Konstitusiyasında Sosial hüquqların təminatı ilə bağlı xeyli müddəa var və Azərbaycan bu sahədə bir sıra konvensiyalara qoşulub: "Bu konvensiyalar bu gün Azərbaycanda fəaliyyətdədir. Bəzən avropalı həmkarlar bu məsələlərlə bağlı elə standartlar tələb edirlər ki, onu yerinə yetirmək çətin olur. Nəzərə almaq lazımdır ki, Azərbaycan müstəqilliyini 20 ildən bir qədər artıqdır, təmin edib. Avropa ölkələri isə oturuşmuş ölkələrdir. Azərbaycan həmçinin 20 faiz ərazisini itirib. Biz işğala məruz qalmışıq. Ölkədə 1 milyondan artıq məcburi köçkün və qaçqın var, onların 300 mini uşaqdır. Azərbaycan bu gün bu problemlərlə yaşayır. Buna baxmayaraq, dövlət öhdəsinə düşən öhdəlikləri yerinə yetirir və yetirəcək”.

Z. Əsgərov qeyd edib ki, gündəlikdə miqrant məsələsi də var və bu problem dünyada uzun müddətdir davam edir: “Bu gün Suriyaİraq qaçqınlarından danışılır. 25 il əvvəl isə 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Niyə o vaxt bu barədə danışılmırdı? Burada ikili standartlar da var. Həmçinin Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasının potensial təhlükəsi də müzakirə olunmalıdır. Bu stansiya region üçün ən təhlükəli AES-dir. SSRİ texnologiyası ilə tikilib. Orada bir hadisə baş versə, Avropa üçün çox böyük təhlükə yaradar. Ermənistan üstəlik seysmik zonada yerləşir”.

İqlim dəyişiklikləri məsələsinə də toxunan Ziyafət Əsgərov bildirib ki, Azərbaycan iqlim dəyişiklikləri ilə bağlı öhdəlikləri də məsuliyyətlə yerinə yetirir: "Lakin bütün ölkələr bu məsələdə məsuliyyətli olmalıdır".