İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Ziyafət Əsgərov: “Erməni tərəfi cavabını alır və bundan sonra da alacaq”

Ziyafət Əsgərov: “Erməni tərəfi cavabını alır və bundan sonra da alacaq”

01.06.2017

“Erməni tərəfi vəziyyəti yalnız cəbhədə gərginləşdirmir. Onlar müxtəlif cəbhələrdə vəziyyəti gərginləşdirirlər, cavablarını alırlar və bundan sonra da alacaqlar”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov deyib.

O bildirib ki, bu yaxınlarda Tiflisdə NATO Parlament Assambleyasının sessiyasında da erməni tərəfi böhtan xarakterli çıxışlar edib: “Bizim nümayəndə heyəti onların cavabını verdi. Bir çox hallarda sübut edə bildik ki, Ermənistan həqiqətən işğalçı dövlətdir. Bu dövlət Azərbaycan torpaqlarının 20 faizini işğal edib. 1 milyondan çox qaçqın və köçkün var, onlardan 300 min nəfər uşaqdır. Biz həmişə beynəlxalq tədbirlərdə də bu məsələni qaldırırıq və ermənilərin iç üzlərini açıb göstəririk. Bizim əsaslandığımız beynəlxalq, tarixi sənədlər var. Biz bu sənədlərlə avropalı həmkarlarımıza məlumatlar çatdırdıq və bildirdik ki, hazırkı vəziyyət necədir”.