İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Novruz Məmmədov: Ermənistanın ərazi iddiaları bu ölkəni əməkdaşlıq imkanından məhrum edir

Novruz Məmmədov: Ermənistanın ərazi iddiaları bu ölkəni əməkdaşlıq imkanından məhrum edir

06.06.2017

Ermənistanın ərazi iddiaları bu ölkəni əməkdaşlıq imkanından məhrum edir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov "Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əlaqələri: Gələcəyə baxış" mövzusunda keçirilən beynəlxalq konsfransda çıxışı zamanı deyib.

N.Məmmədov bildirib ki, sabitlik, təhlükəsizlik və davamlı inkişaf Cənubi Qafqaz regionuna daha çox lazımdır:

"Üçtərəfli əməkdaşlıq eyni regionda yerləşən ölkələr üçün çox vacibdir. Ermənistanın ortaya qoyduğu ərazi iddiaları, geosiyasi iddialar bu ölkəni əməkdaşlıq imkanından məhrum edir. Dünyada bəzi məsələlərlə bağlı bəzi ölkələrə qarşı sanksiyalar tətbiq olunur, amma nə üçünsə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsində ədalətli mövqenin ortaya qoyulması çətin olur".

Prezidentin köməkçisi əlavə edib ki, dünyanın indiki vəziyyətə gəlməsinə səbəb Varşava müqaviləsindən sonra özünü lider hesab edən tərəflərin ədalət prinsipini qoruyub saxlaya bilməməsidir:

"Beynəlxalq münasibətlərdə ədalət yoxdursa, başqa dəyərlərdən danışmaq normal görünmür”.