İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Reks Tillerson: “ABŞ Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması prinsipinə sadiqdir”

Reks Tillerson: “ABŞ Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması prinsipinə sadiqdir”

07.06.2017

“ABŞ  Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması prinsipinə sadiqdir”.

APA-nın xəbərinə görə, bu barədə ABŞ dövlət katibi Reks Tillersonun Azərbaycanın 28 May-Respublika Günü münasibəti ilə təbrik bəyanatında bildirilir.

ABŞ Dövlət Departamentinin rəsmi saytında dərc olunmuş bəyanatda deyilir:

“Mən, Amerika xalqı adından Respublika Gününün ildönümü münasibətilə Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram.

Amerika Birləşmiş Ştatları və Azərbaycan güclü tərəfdaşdırlar, uzun illərdir ki, enerji və təhlükəsizlik məsələləri üzrə əməkdaşlıq edir, eləcə də demokratik prinsiplər əsasında dialoq qururlar. Ramazan ayının başlanması, həmçinin müsəlman şərqində ilk parlamentli respublikanın qurulmasından 99 il ötməsi münasibətilə zəngin tarixi olan Azərbaycanı təbrik edirəm.

Amerika Birləşmiş Ştatları xalqın fundamental azadlıqlarına hörmətlə yanaşan daha təhlükəsiz və firavan dövlət yaratmaq səyləri dəstəkləyir.

Biz həmçinin Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması prinsipinə sadiqik.

ABŞ gələcəkdə də Azərbaycanla bütün sahələrdə daha sıx əməkdaşlıq qurmaq niyyətindədir”.