İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Ərdoğan ATƏT-in Minsk qrupu və BMT Təhlükəsizlik Şurasını tənqid edib

Ərdoğan ATƏT-in Minsk qrupu və BMT Təhlükəsizlik Şurasını tənqid edib

07.06.2017

“22 ildir ATƏT-in Minsk qrupu nə iş görür? Bunların hər üçü BMT Təhlükəsizlik Şurasının daimi üzvü deyilmi? Niyə bu problemi hələ həll edə bilmirlər?”

APA-nın “İhlas” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AKP Xarici əlaqələr şöbəsinin səfirlər üçün təşkil etdiyi ənənəvi iftar yeməyi zamanı deyib.

O bildirib ki, BMT TŞ-nin 5 daimi üzvündən biri nə desə, o da olur: “Bunlar Suriya və İraq məsələsini həll edə bildilərmi? Azərbaycan-Ermənistan məsələsini həll edə bildilərmi? Həll edə bilməzlər, çünki 5-dən biri “yox” deyirsə, onda həll yolu yoxdur”.