İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Estoniya XİN: Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur

Estoniya XİN: Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur

13.06.2017

Azərbaycanın və Estoniyanın xüsusilə də təhsil və İT sahələrində münasibətlərin dərinləşdirilməsi üçün böyük potensialı var.

Trend-in məlumatına görə, bunu Bakıda səfərdə olan Estoniyanın xarici işlər naziri Sven Mikser azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə mətbuat konfransında deyib.

O qeyd edib: "Biz hesab edirik ki, əməkdaşlığın bu istiqamətlərdə genişləndirilməsi üçün çalışmalıyıq. Ümid edirəm ki, Azərbaycan və Avropa İttifaqı strateji tərəfdaşlıq haqqında saziş imzalayacaqlar. Bizim üçün sazişin kontenti çox mühümdür, bu, Bakı-Tallin münasibətlərinə də müsbət təsir edəcək".

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına gəlincə, S.Mikser bildirib ki, münaqişənin hərbi yolla həlli yoxdur: "Sülh yolu ilə nizamlanma münaqişəyə cəlb olunmuş tərəflərin də maraqlarına xidmət edir".