İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

NATO yenidən tərəfləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həllinə çağırır

NATO yenidən tərəfləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həllinə çağırır

15.06.2017

NATO Ermənistan və Azərbaycanı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həllinə çağırmaqda davam edir. Bunu Trend-ə Alyansın mətbuat xidmətinin nümayəndəsi NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayın regiona səfərini şərh edərkən deyib.

C.Appaturayın Ermənistana son səfrini şərh edən Alyansın mətbuat xidmətinin nümayəndəsi deyib: "NATO Minsk qrupunun bu istiqamətdə səylərini bütünlüklə dəstəkləyir".

Onun sözlərinə görə, səfərin məqsədi Fərdi tərəfdaşlıq planı əsasında NATO və Ermənistan arasında əməkdaşlığın müzakirə edilməsi olub.