İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Dağlıq Qarabağda 3 erməni əsgəri öldürülüb

Dağlıq Qarabağda 3 erməni əsgəri öldürülüb

16.06.2017

Azərbaycan Ordusunun cəbhədə atəşkəs rejiminin pozulmasına cavab olaraq açdığı atəş nəticəsində 3 erməni əsgəri öldürülüb.

APA-nın "news.am" saytına istinadən verdiyi məlumata görə, Dağlıq Qarabağda öldürülən əsgərlər 1997-ci il təvəllüdlü Araik Matinyan, Viqen Petrosyan və Vardan Sarqsyandır. 

Onların qumbaraatanlardan açılan atəş nəticəsində öldüyü bildirilir.