İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Azərbaycan Müdafiə Nazirliyi: Tovuzda erməni təxribat-diversiya qrupunun 4 üzvü məhv edilib, daha bir üzvü tutulub

Azərbaycan Müdafiə Nazirliyi: Tovuzda erməni təxribat-diversiya qrupunun 4 üzvü məhv edilib, daha bir üzvü tutulub

07.08.2014

Azərbaycan Müdafiə Nazirliyi cəbhə xəttində tutulan erməni ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu gün saat 13.30 radələrində Tovuz rayonunun ərazisində ermənilərin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

Müdafiənin ön xəttində yerləşən bölmələrimizin sayıqlığı nəticəsində düşmənin bu cəhdinin qarşısı alınıb. Aşkar olunan qrup yaxın məsafəyə buraxıldıqdan sonra dəstənin zərərsizləşdirilməsi istiqamətində tədbirlərə başlanıb.

İtkilər verərək geri çəkilən təxribat-diversiya qrupunun 4 üzvü məhv edilib, daha bir üzvü Berd rayonun Çinari kənd sakini 1989-ci il təvəllüdlü Karen Petrosyan isə əsgərlərimiz tərəfindən tutulub.

Hazırda dəstənin planı və fəaliyyətinin araşdırılması ilə əlaqədar iş aparılır.

MN-in mətbuat xidmətindən  APA -nın sorğusuna cavab olaraq bildirilib ki, erməni diversiya qrupunun cəhdinin qarşısı alınarkən Azərbaycan Ordusu itki verməyib.