İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Bülbüloğlu: ATƏT-in Minsk qrupunun üçtərəfli həmsədrlik institutu gözlənilən nəticəni vermədi

Bülbüloğlu: ATƏT-in Minsk qrupunun üçtərəfli həmsədrlik institutu gözlənilən nəticəni vermədi

03.07.2017

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində BMT Təhlükəsizlik Şurasının 3 daimi üzvünün iştirak etdiyi format öz-özlüyündə ciddi bir addımdır.

Trend-in məlumatına görə, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu TASS agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, məhz bu ölkələr - ABŞ, Rusiya və Fransa böyük siyasi çəkiyə və bu sahədə illərlə qazanılmış təcrübəyə malikdir: “Amma gördüyümüz kimi, 1997-ci ildən fəaliyyət göstərən ATƏT-in Minsk qrupunun üçtərəfli həmsədrlik institutu gözlənilən nəticəni əldə edə bilməyib”.

P.Bülbüloğlu qeyd edib ki, Azərbaycan tərəfi münaqişənin həll olunması ilə bağlı qəti addımlar atmağın vaxtı çatdığını dəfələrlə vurğulayıb:

“Azərbaycan ərazilərinin işğalı ilə ifadə olunan status-kvo qəbuledilməzdir. Bu, 2009-2013-cü illər arasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatlarında da yer alıb. İndi real nəticələrin əldə olunması üçün substantiv danışıqların davam etməsini təmin etmək lazımdır. Bir daha vurğulayım ki, danışıqlar predmet xarakteri daşımalıdır. İndi prosesin özünün yox, nəticənin daha vacib olduğu bir vaxtdır”.