İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Ermənistan ordusunun təxribat-diversiya qrupunun saxlanılan üzvü Şəmkir hərbi birləşməsinə aparılıb

Ermənistan ordusunun təxribat-diversiya qrupunun saxlanılan üzvü Şəmkir hərbi birləşməsinə aparılıb

08.08.2014

Ermənistan ordusunun təxribat-diversiya qrupunun ələ keçirilən üzvü Azərbaycan xalqından və Prezidentindən üzr istəyib və öz ölkəsinə geri qaytarılmasını xahiş edib

Ermənistan ordusunun təxribat-diversiya qrupunun saxlanılan üzvü Şəmkir hərbi birləşməsinə aparılıb. APA-nın bölgə müxbirinin məlumatına görə, Şəmkir hərbi birləşməsinə aparılan erməni diversantın jurnalistlər tərəfindən görüntülənməsinə icazə verilib. Korpusdan bildiriblər ki, itkilər verərək geri çəkilən təxribat-diversiya qrupunun 4 üzvü məhv edilib, daha bir üzvü Berd rayonun Çinari kənd sakini, 1989-ci il təvəllüdlü Karen Petrosyan isə əsgərlərimiz tərəfindən tutulub.

Diversiya qrupunun məhv edilmiş üzvlərinin üstündən xeyli sayta hərbi silah-sursat aşkar edilərək götürülüb.

Hərbi birləşmədən bildiriblər ki, tutulan erməni diversantın üzərindəki mobil telefonda onun hərbi formada şəkilləri və komandirlərinin telefon nömrələri olub.

Dindirilən diversant, Azərbaycan xalqından və Prezidentindən üzr istəyib və öz ölkəsinə geri qaytarılmasını xahiş edib.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin hadisə ilə bağlı yaydığı məlumatda bildirilib ki, bu gün saat 13.30 radələrində Tovuz rayonunun ərazisində ermənilərin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

Müdafiənin ön xəttində yerləşən bölmələrimizin sayıqlığı nəticəsində düşmənin bu cəhdinin qarşısı alınıb. Aşkar olunan qrup yaxın məsafəyə buraxıldıqdan sonra dəstənin zərərsizləşdirilməsi istiqamətində tədbirlərə başlanıb.

İtkilər verərək geri çəkilən təxribat-diversiya qrupunun 4 üzvü məhv edilib, daha bir üzvü Berd rayonun Çinari kənd sakini 1989-ci il təvəllüdlü Karen Petrosyan isə əsgərlərimiz tərəfindən tutulub.

Hazırda dəstənin planı və fəaliyyətinin araşdırılması ilə əlaqədar iş aparılır.