İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

ATƏT PA-nın vitse-prezidenti: Qoşunların qarşıdurma xəttində Ermənistanın təxribatı insan hüquqlarının pozulmasıdır

ATƏT PA-nın vitse-prezidenti: Qoşunların qarşıdurma xəttində Ermənistanın təxribatı insan hüquqlarının pozulmasıdır

05.07.2017

Ermənistanın qoşunların qarşıdurma xəttində təxribatı insan hüquqlarının və beynəlxalq qanun və normaların pozulmasıdır.

Trend-in məlumatına görə, bunu ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev ATƏT PA-nın Minskdə keçirilən illik sessiyası zamanı deyib.

O bildirib ki, ATƏT-in Minsk qrupu bu hadisəni pisləməli və gələcəkdə bu cür hadisələrin və uşaqların öldürülməsinin qarşısını almalıdır:

“ATƏT PA bu məsələ ilə bağlı susmamalıdır. Biz konkret addımlar atmalı və buna son qoymalıyıq”.

Qeyd edək ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alıxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə ağır yaralanıb.