İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Le Monde: Azərbaycanlı uşağın ölümü Ermənistanın təcavüzkar siyasətinin nəticəsidir

Le Monde: Azərbaycanlı uşağın ölümü Ermənistanın təcavüzkar siyasətinin nəticəsidir

06.07.2017

"Zəhra adlı azyşalı azərbaycanlı davam edən Dağlıq Qarabağ münaqişəsinin növbəti qurbanına çevrildi. Təxribatları davam etdirən Ermənistan uşağın və onun nənəsinin ölümündə birbaşa məsuliyyət daşıyır".

Trend-in məlumatına görə, bu barədə Fransanın nüfuzlu nəşrlərindən biri olan “Le Monde” qəzeti yazır.

Məqalədə qeyd olunub ki, bu azyaşlı uşaq və onun nənəsi elan olunmamış müharibə şəraitində davam edən zorakılıq səbəbindən həlak oldular: "İnternetdə yayılan fotolar dəhşətlidir. Onların ölümü Ermənistanın açıq-aşkar təcavüzkar siyasətinin nəticəsidir".

Müəlliflər yazır ki, beynəlxalq ictimaiyyətin uzun illər davam edən laqeydliyi şəraitində bu gün Fransa münaqişənin həllində mühüm rol oynayır:

“Ona görə də ATƏT-in Minsk qrupunun həmsədri qismində Fransa Ermənistanı beynəlxalq hüquq normalarına əməl etməyə çağırmalı və hər şeyi etməlidir ki, Yerevan öz siyasətinə görə cəzalandırılsın”.

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alıxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.