İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Mingəçevir Su Elektrik Stansiyasında diversiya törədilərsə, ermənilər bunun çox sərt və adekvat cavabını alacaqlar

Mingəçevir Su Elektrik Stansiyasında diversiya törədilərsə, ermənilər bunun çox sərt və adekvat cavabını alacaqlar

08.08.2014

Ermənistanın müdafiə naziri Seyran Ohanyanın Mingəçevir Su Elektrik Stansiyasına qarşı diversiya törədiləcəyi barədə fikir səsləndirib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, əgər belə bir hadisə baş verərsə, ermənilər bunun çox sərt və adekvat cavabını alacaqlar. Azərbaycan Silahlı Qüvvələri düşmənin işğal olunmuş rayonlarımızda və Ermənistan Respublikasının ərazisində yerləşən bütün hərbi obyektlərinə zərbə endirmək imkanına malikdir. Erməni xalqı bilməlidir ki, bu cür təxribatlar onlar üçün daha acınacaqlı nəticələr verə bilər.

Müdafiə Nazirliyi bəyan edir ki, raketləri Ermənistan Respublikası istiqamətində tuşlanmış Azərbaycan Ordusu hətta Yerevan şəhərini yerlə yeksan etmək əmrini icra etməyə qadirdir.