İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Azərbaycanlı qaçqın və məcburi köçkün uşaqların problemi Londonda çap olunan kitabda əksini tapıb

Azərbaycanlı qaçqın və məcburi köçkün uşaqların problemi Londonda çap olunan kitabda əksini tapıb

12.07.2017

Bu günlərdə Londonda nüfuzlu “Transnational Press London” nəşriyyatı tərəfindən çap edilən “Beynəlxalq miqrasiya və uşaqlar” adlı kitabda azərbaycanlı qaçqın və məcburi köçkün uşaqların problemləri də əksini tapıb. Kitab 2016-cı ilin noyabr ayında İstanbulda Üsküdar Universitetinin təşkilatçılığı ilə keçirilmiş “Beynəlxalq miqrasiya və uşaq” mövzusunda beynəlxalq elmi simpodziumun materialları əsasında hazırlanıb. Türk və ingilis dillərində elmi məqalələrin yer aldığı kitabda bir çox ölkədən - Türkiyə, Rusiya, Yunanistan, İtaliya, İngiltərə, Suriya, Qazaxıstan, Qırğızıstan, Azərbaycan və ABŞ-dan 40-dan çox elm adamının tədqiqat işləri yer alıb. Kitabda Yaxın Şərq və dünyanın digər silahlı münaqişə zonalarında məcburi miqrasiyaya məruz qalan uşaqların qarşılaşdığı problemlər sosioloji, fəlsəfi, psixoloji və siyasi nöqteyi-nəzərdən təhlil olunub.

Kitabın əsas müəlliflərindən biri olan Üsküdar Universitetinin sosiologiya bölməsinin müdiri, sosiologiya elmləri doktoru, professor Əbülfəz Süleymanov AZƏRTAC-a məxsusi müsahibəsində deyib ki, “Dünyanın bir çox ölkəsindən elm adamlarının, dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirak etdiyi nüfuzlu beynəlxalq elmi simpoziumda azərbaycanlı qaçqın və məcburi köçkün uşaqların da problemlərinin diqqətə çatdırılması xüsusi əhəmiyyət kəsb edirdi. Həmçinin simpozium materialları əsasında hazırlanan və Londonda çap olunan kitabda bu problemə həsr olunmuş iki elmi məqalə ilə azərbaycanlı qaçqın və məcburi köçkün uşaqların problemlərini dünya ictimaiyyətinə çatdırmağa çalışdıq”.