İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Prezident İlham Əliyev: “Dağlıq Qarabağ münaqişəsi həddən artıq uzanıb və öz həllini tələb edir”

Prezident İlham Əliyev: “Dağlıq Qarabağ münaqişəsi həddən artıq uzanıb və öz həllini tələb edir”

09.08.2014

“Dağlıq Qarabağ münaqişəsi həddən artıq uzanıb və öz həllini tələb edir”. APA-nın İTAR-TASS agentliyinə istinadən yaydığı məlumata görə, bu fikirləri Rusiya prezidenti Vladimir Putinlə bu gün keçirilən görüş zamanı Azərbaycan prezidenti İlham Əliyev deyib.

Azərbaycanın dövlət başçısı görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinin müzakirə olunduğunu, bu münaqişənin həddən çox uzandığını və həll edilməsi olduğunu bildirib.

Prezident, son illər Azərbaycan-Rusiya münasibətlərində sabit, pozitiv dinamika müşahidə olunduğunu qeyd edib: “Biz əməkdaşlığı, o cümlədən regional təhlükəsizlik və bizim regionda stabilli məsələlərində əməkdaşlıq potensialını inkişaf etdirmək əzmindəyik”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında görüş bu gün Rusiyanın Soçi şəhərindəki “Boçarov Ruçey” iqamətgahında baş tutub.