İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Dövlət Departamenti: ABŞ Dağlıq Qarabağdakı seçkilərin nəticələrini tanımayacaq

Dövlət Departamenti: ABŞ Dağlıq Qarabağdakı seçkilərin nəticələrini tanımayacaq

21.07.2017

ABŞ Dağlıq Qarabağda keçirilən qondarma prezident seçkilərinin nəticələrini tanımayacaq. Bu barədə APA-nın sorğusuna cavabında Dövlət Departamentindən bildiriblər.

"Münaqişənin hərtərəfli nizamlanmasında biz Dağlıq Qarabağ əhalisinin öz gələcəyini müəyyənləşdirməkdə rolunu gəbul edirik. Lakin ABŞ Dağlıq Qarabağı müstəqil və suveren dövlət kimi tanımır və biz iyulun 19-da keçirilən qondarma seçkilərin nəticələrini tanımırıq. Bu seçkilər Dağlıq Qarabağın hüquqi statusuna təsir etməyəcək. Biz həmçinin vurğulayırıq ki, qondarma seçkilər Dağlıq Qarabağın yekun statusu və Dağlıq Qarabağa davamlı və sülh həlli gətirəcək mövcud danışıqların nəticəsini müəyyənləşdirmir" , - Dövlət Departamentinin cavabında qeyd olunub.