İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Səfir Suzan Cəmil Nuh: Misir Azərbaycanın haqlı mövqeyini tam dəstəkləyir

Səfir Suzan Cəmil Nuh: Misir Azərbaycanın haqlı mövqeyini tam dəstəkləyir

23.07.2017

Misir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini tam dəstəkləyir. Azərbaycanın işğal altında olan torpaqları geri qaytarılmalı, ərazi bütövlüyü təmin edilməlidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Misirin Azərbaycandakı səfiri xanım Suzan Cəmil Nuh jurnalistlərə müsahibəsində deyib.

Səfir bildirib ki, ölkələrimiz arasında bir çox sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əməkdaşlıq inkişaf edir. Azərbaycanda Misirin Mədəniyyət Mərkəzi fəaliyyət göstərir.

İqtisadi sahədə ölkələrimiz arasında olan əməkdaşlığa toxunan səfir əminliyini ifadə edərək qeyd edib ki, bu ilin oktyabrında Bakıda keçiriləcək Misir-Azərbaycan Hökumətlərarası Komissiyasının dördüncü iclası iqtisadi əlaqələrin inkişafına töhfə verəcək. http://azertag.az/xeber/Sefir_Suzan_Cemil_Nuh_Misir_Azerbaycanin_haqli_movqeyini_tam_destekleyir-1080157