İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Ermənilər Tovuzda mülki əhalini atəşə tutub, 1 nəfər xəsarət alıb

Ermənilər Tovuzda mülki əhalini atəşə tutub, 1 nəfər xəsarət alıb

08.08.2017

Bu gün erməni silahlı bölmələri Tovuz rayonunun Qaralar kəndini atəşə tutublar.

APA-nın Qərb bürosunun məlumatına görə, atılan güllələrdən biri kənd sakini, 2004-cü il təvəllüdlü Yusifov Ramil Sabir oğlunun ayağının altındakı daş qırıqlarına dəyib. Nəticədə daş qırıqları yeniyetməni zədələyib.

Kənddə olan həkimlər tərəfindən R.Yusifova tibbi yardım göstərilib. Onun qəlpə yaraları da aldığı məlum olandan sonra Tovuz rayon Mərkəzi Xəstəxanasına göndərilib

Qeyd edək ki, bir neçə gün əvvəl ermənilər Qaralar kəndində mülki şəxsləri atəşə tutaraq onların əkin sahələrində təsərrüfatla məşğul olmalarına maneçilik törədiblər. Güllələr yaşayış evlərinin dam örtüklərinə də ziyan vurub.