İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Türkiyəli iş adamları Cocuq Mərcanlıda layihə həyata keçirəcək

Türkiyəli iş adamları Cocuq Mərcanlıda layihə həyata keçirəcək

09.08.2017

Bu gün Azərbaycan-Türkiyə Sənayeçi və İşadamları İctimai Birliyinin sədri Ali İhsan Gençin rəhbərliyi ilə nümayəndə heyəti Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olub.

Komitədən Trend-ə verilən məlumata görə, qonaqlar Komitənin sədr müavinləri Gəray Fərhadov və Fuad Hüseynovla görüşərək Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində kənd təsərrüfatı ilə bağlı müxtəlif layihələrin həyata keçirilməsi ilə əlaqədar müzakirələr aparıblar.

Görüşdə nümayəndə heyətinin üzvləri bildiriblər ki, onların məqsədi uzun illərdən bəri istifadəsiz qalmış əkinə yararlı torpaqların yenidən əkin dövriyyəsinə qatılmasına və kənd təsərrüfatının önəmli sahələrindən biri olan heyvandarlığın inkişaf etdirilməsinə dəstək vermək olub. Bunun üçün birlikdə işləyərək orada yaşayan sakinlərin iş vərdişlərinin və dolanışıq imkanlarılnın bərpasına nail olmaqdır.

Görüşdə qərara alınıb ki, bununla əlaqədar olaraq mütəxəssislərdən ibarət birgə işçi qurupu yaradılsın və həyata keçiriləcək layihələrlə bağlı hərtərəfli müzakirələr aparıslın.

Qeyd edək ki bu görüşdən əvvəl adı çəkilən nümayəndə heyəti Cocuq Mərcanlı kəndinə səfər edib, kənd sakinləri ilə görüşərək həyata keçirmək istədikləri layihələrlə bağlı fikir mübadiləsi aparıb və onların rəy və təkliflərini dinləyiblər.